Dünya
Toxunulmazlığı ləğv edilən deputatlar – SİYAHI
Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) millət vəkillərinin toxunulmazlıqlarının ləğv edilməsi ilə əlaqədar konstitusiya dəyişikliklləri qəbul edilib. Dəyişiklikləri 376 millət vəkili dəstəkləyib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, dəyişikliklər prezident Rəcəb Tayyib Ərdoğanın imzalamasından sonra qüvvəyə minəcək və haqlarında prokurorluq orqanları tərəfindən cinayət işi açılan millət vəkillərinin toxunulmazlıqları ləğv ediləcək.
Konstitusiya dəyişiklikləri 138 millət vəkilinə təsir edəcək. Bunların 27-i AKP, 51-i CHP, 50-i HDP, 9-u isə MHP-li millət vəkilidir. Bu siyahıda olan daha bir millət vəkili isə bitərəfdir. Deputat toxunulmazlığı ilə əlaqədar prokurorlar həmin millət vəkilləri işləri üzrə istintaq apara bilmirdi. Bundan sonra həmin millət vəkillərinin istintaqa çağırılması, dindirilməsi, saxlanılması, məhkəmə önünə çıxarılması və barələrində həbs qərarı verilməsi mümkün olacaq.
Ədliyyə naziri Bəkir Bozdağ dəyişikliklərlə əlaqədar iki gün əvvəl keçirilən ilk iclasda, toxunulmazlıqlarının qaldırılması istənilən millət vəkillərinə qarşı irəli sürülən ittihamların bir qismini açıqlamışdı. 138 millət vəkili barəsində irəli sürülən cinayət ittihamların sayı isə 667-dir.
Bu ittihamlar aşağıdakılardır:
- Terror cinayətlər - 216
- Təhqir - 201
- Vəzifəsindən sui-istifadə -38
- Saxtakarlıq - 6- Təhdid: 18
- Gizliliyin pozulması - 11
- Cinayət və günahkarların təriflənməsi - 55
- Xalqı kin və düşmənçiliyə təhrik etmək - 54
- Yürüş və kütləvi aksiyalar haqqında qanuna qarşı çıxmaq - 119
- Seçki qanununa qarşı çıxmaq - 11
- Siyasi partiyalar haqqında qanuna qarşı çıxmaq - 3
- Böhtan - 13
- Hərbi xidmətdən yayınmağa sövq etmək - 2
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO