Xamneyi imam Mehdi ilə əlaqə yaradır – İDDİA
Bizi izləyin

Dünya

Xamneyi imam Mehdi ilə əlaqə yaradır – İDDİA

İranın ali dini lideri Ayətullah Seyyid Əli Xamneyinin on ikinci imam Mehdi ilə əlaqəsi var.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda İranın nüfuzlu dini liderlərindən olan Ayətullah Mekarim Şirazi bildirib.

Onun sözlərinə görə, dini liderin müvəffəqiyyətli olmasının dəlillərindən biri də onun İmam Mehdi ilə Cəmkəran məscidində yaxın əlaqəsidir.

“Biz dəqiq vaxtını bilmirik. Lakin Mehdinin zühur etməsi böyük ehtimalla yaxındadır”, - Mekarim Şirazi on ikinci imamın tezliklə gələcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, İrandakı cəfərilər dünyadakı xaos və müharibələrin artmasını Mehdinin zühurunun əlamətləri kimi qəbul edir. İnanca görə, Qum və Kaşan şəhəri arasındakı Cəmkəran kəndinin yaxınlığında yerləşən Cəmkəran məscidi Mehdi ilə əlaqənin yaradıldığı yerdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm