Dünya
Təyyarənin yeni qalıqları və sərnişinlərin meyitləri tapılıb
Misir Silahlı Qüvvələri "A320" sərnişin təyyarəsinin yeni qalıqlarını, həmçinin sərnişinlərin meyitlərini və şəxsi əşyalarını tapıblar.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "EgyptAir" aviaşirkətinin yaydığı açıqlamada bildirilir.
"Misir Silahlı Qüvvələri və Hərbi-Dəniz Donanması təyyarənin digər hissələrini, o cümlədən sərnişinlərin meyitləri, bəzi əşyaları, baqajlarını və oturacaqları tapıblar. Axtarışlar davam edir", - deyə aviaşirkətdən qeyd olunub.
Qeyd edək ki, "EgyptAir" aviaşirkətinin MS804 reysi ilə hərəkət edən təyyarə mayın 18-də gecə saatlarında Parisdən uçub. Təyyarənin göyərtəsində 66 nəfər - 3-ü kiçik uşaq olmaqla 56 sərnişin və 10 ekipaj üzvü (üçü təhlükəsizlik xidmətinin üzvü olub - red.) olub.
Təyyarənin göyərtəsində Misirin 30, Fransanın 15, İraqın 2, Böyük Britaniya, Belçika, Küveyt, Səudiyyə Ərəbistanı, Sudan, Çad, Portuqaliya, Əlcəzair və Kanadanın hər birinin bir vətəndaşı olub.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK