Ağ Evin qarşısında atışma
Bizi izləyin

Dünya

Ağ Evin qarşısında atışma

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində, Ağ Evin binası qarşısında baş vermiş atışma nəticəsində bir nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu haqda "The Washington Post qəzeti"nin elektron versiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, Birləşmiş Ştatlar Prezidentinin Məxfi Xidmətinin əməkdaşının Ağ Evin binasının yaxınlığındakı buraxılış məntəqəsində güllələdiyi silahlı şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə zamanı prezident Barak Obamanın paytaxtda olmadığı, Endryus hərbi hava bazasında qolf oynadığı bildirilir. Lakin vitse-prezident Co Bayden olay zamanı işdə olub.

Hüquq mühafizə orqanları hadisə yerinə cəlb edilib. Ağ Evin damına snayperlər yerləşdirilib.

"USA Today" qəzetinin məlumatına görə isə atəş səsləri təxminən, dövlət başçısının işçi iqamətgahının və Duayt Eyzenhauerin icraçı ofisinin binası yaxınlığında eşidilib.

Silahlı şəxsin sinəsindən yaralandığı bildirilir.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm