Sərnişin avtobusu dərəyə aşdı: 15 ölü, 30-dan çox yaralı
Bizi izləyin

Dünya

Sərnişin avtobusu dərəyə aşdı: 15 ölü, 30-dan çox yaralı

Hindistanın şimalında ağır yol nəqliyyat hadisəsi baş verib.

Publika.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Ximaçal-Pradeş ştatının Çanba dairəsində sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində 15 nəfər ölüb, 30-dan çox sərnişin ağır bədən xəsarəti alıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza sürücü mobil telefonla danışarkən baş verib. O, telefonla danışarkən darəetməni itirib və avtobus dərəyə aşıb.

Nəticədə, 7 nəfər hadisə yerindəcə ölüb. Bütün yaralılar xəstəxanalara çatdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm