Vahid Əhmədov: “Bunu hər dövlət başçısı bacarmazdı, Elçibəy…”
Bizi izləyin

Dünya

Vahid Əhmədov: “Bunu hər dövlət başçısı bacarmazdı, Elçibəy…”

“Çox vaxtı deyirlər ki, Əbülfəz Elçibəy siyasətçi olamayıb. Mən 1992-ci ildə Əbülfəz Elçibəylə bir yerdə işləmişəm. Rəhmətlik Əbülfəz Elçibəy Azərbaycan tarixində ən unudulmaz və böyük zəhməti rus qoşunlarını Azərbaycandan çıxartması olub. Bunu hər dövlət başçısı bacarmazdı”.

Publika.az xəbər verir ki, bunu Qubada keçirilən 5-ci Qafqaz İqtisadi Forumunda çıxışı zamanı Milli Məclisin deputatı Vahid ƏIhmədov deyib. Həmin ərəfədə baş nazirin birinci müavini işlədiyini xatırladan Əhmədov, bunun üçün çox əziyyətlər çəkildiyini bildirib.

“O dövrdə Azərbaycanda nə qədər təxribatlar tödətdilər ki, rus qoşunları buradan çıxarılmasın. Ancaq rəhmətlik Əbülfəz Elçibəy sonadək mübarizə apardı və bir nəfər rus əsgərini də Azərbaycanda qoymadı. Baxmayaraq ki, o dövrdə bizim imkanımız çox zəif idi və bizə silah-sursat verən yox idi. Buna baxmayaraq biz dövlətin müstəqilliyini qoruyub saxlaya bildik. Bu gün də həmin Azərbaycan 25 ildir ki, müstəqil dövlət kimi fəaliyyət göstəir”, - Əhmədov əlavə edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm