Türkiyədə YENİ DÖNƏM - FOTO/VİDEOLAR (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Türkiyədə YENİ DÖNƏM - FOTO/VİDEOLAR (YENİLƏNİB)

Türkiyənin hakim partiyası AKP bu gün Rəcəp Tayyib Ərdoğan və Əhməd Davudoğlunun ardından üçüncü başqanını seçir.

***

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, AKP-nin II fövqəladə qurultayında Binali Yıldırım qurultay nümayəndələrindən 1405 nəfərin səsini alaraq partiyanın yeni sədri seçilib.

***

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, artıq bunun üçün səhər saatlarından toplantının keçiriləcəyi Ankara Arenaya partiya üzvləri gəlməyə başlayıb.

Davudoğlu partiya sədri, baş nazir olaraq sonuncu dəfə bu toplantıda çıxış edib.

6 min nəfərin dəvət edildiyi konqresdə əvvəlki başqanların həyatından bəhs edən film də nümayiş olunub. Ərdoğanın mahnısı çalınıb.

Qeyd edək ki, erkən saatlar olmasında baxmayaraq toplantının keçiriləcəyi məkan artıq dolub.

***

Qurultay başlamazdan əvvəl sədrliyə namizəd Binali Yıldırım salonu dolaşaraq nümayəndələri salamlayıb. AKP-nin hazırki sədri və baş nazir Əhməd Davudoğlu salonu dolaşaraq qurultay nümayəndələriylə vidalaşıb. Qurultayı açmaq söz alan AKP sədrinin təşkilat məsələləri üzrə müavini Mustafa Ataş, partiya sədrliyinə yeni namizədlərin göstərilməsi üçün qurultay iştirakçılarına 5 dəqiqə vaxt verib, ancaq AKP sədrliyinə B.Yıldırımdan başqa namizəd göstərilməyib. Ataş partiyanın qurucu lideri olan prezident Ərdoğanın adını çəkərkən salondan alqış səsləri yüksəlib.

M.Ataş deyib ki, bu müqəddəs yürüşdə bir çox qadın və gənclərin imzası var.

M.Ataş qurultayın Rəyasət Heyətinin sədrliyinə ədliyyə naziri Bəkir Bozdağın namizədliyini irəli sürüb və təklif qəbul edilib.

Bozdağ qurultayın proqramını oxuyandan sonra AKP-nin bu qurultayının da Türkiyənin demokratik həyatı üçün örnək olacağını vurğulayıb. O bildirib ki, AKP-nin tək bir lideri var, o da prezidentimiz Rəcəb Tayyib Ərdoğandır.

B. Bozdağ baş nazir Ə. Davudoğluya təşəkkürünü bildirib.

Davudoğlu çıxışında verdikləri sözün üzərində durduqlarını bildirib: "Sizlərlə birlikdə böyük uğurlara imza atdıq. Şükürlər olsun ki, bütün uğurlarımızda birlikdə olduq".

Davudoğlu vəzifəni Ərdoğandan təhvil alandan sonra mübarizəni uğurla davam etdirdiyini vurğulayıb: “7 iyun ilə 1 noyabr arasında Türkiyədə indiyə qədər yaşanmayan keçici hökumət təcrübəsini yaşayaraq ölkəni seçkiyə apardıq. Demokratiya tarixinin ən böyük reytinqini 1 noyabrdakı seçkidə gördük. Bu gün partiyamızın reytinqi 54-55%-dir. Cümhuriyyət dönəminin ən böyük terror təhdidi ilə üzbəüz qaldıq. Bu yoldakı qərarlılığımızdan güzəştə getməyi heç kim gözləməməlidir. Nə söz verdiksə, hamısını həyata keçirdik. I fövqəladə qurultay kimi II fövqəladə qurultayın da vida yox, vəfa qurultayı olmasını diləyirəm. Biz prinsiplərimizlə əsla vidalaşmarıq. Allah bizləri vəfa yolundan ayırmasın. Bu hərəkatda heç birimiz vazkeçilməz deyilik, ancaq bu hərəkatda vazkeçilməz dəyər – AKP-nin Türkiyənin partiyası olmasıdır”.

Ə. Davudoğlu sədrliyə namizəd B.Yıldırıma uğurlar diləyib.

***

Toplantıda Ərdoğanın mesajı da oxunub. Ayaqüstə dinlənilən prezidentin məktubunda 2023-cü il hədəflərindən danışılıb.

***

AKP-nin sədrliyinə tək namizəd olan Binəli Yıldırım Ərdoğana salam göndərməklə söhbətə başlayıb. O, yeni konstitusiya mesajı verərək, başqanlıq sistemin gətirmək tərəfdarı olduğunu bildirib.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm