Qızıl mədənində uçqun: 150 işçi torpaq altında
Bizi izləyin

Dünya

Qızıl mədənində uçqun: 150 işçi torpaq altında

Rusiyanın Krasnoyarsk diyarında “Vostok” qızıl mədənində dağ süxuru dağılıb.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) regional baş komitəsindən bildirilib.

Məlumata görə, mədəndə 150 işçi və texnika mühasirə vəziyyətindədir. Amma insanların həyatına təhlükənin olmadığı bildirilir.

İşçiləri mədəndən çıxarmaq üçün hadisə yerində FHN-nin operativ qərargahı yaradılıb. “RİA-Novosti” agentliyinin məlumatına görə, işçilər yerin 300-560 metr dərinliyindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm