Türkiyəyə sillə kimi PROQNOZ: 3 min ildən sonra...
Bizi izləyin

Dünya

Türkiyəyə sillə kimi PROQNOZ: 3 min ildən sonra...

Türkiyənin Avropa Birliyinə (AB) üzvlük məsələsi İngiltərədə keçiriləcək referendumda təbliğat kampaniyasının alətinə çevrilib.

Publika.az CNN Türk-ə istinadən xəbər verir ki, baş nazir Devid Kameron AB-dən çıxmaq üçün Türkiyənin namizədliyini səbəb olaraq göstərənlərə cavab verib.

“İngiltərənin Avropa Birliyindən ayrılması üçün kampaniya aparanlar ingilis xalqına “Türkiyənin quruma daxil olmasına mane ola bilmərik. Buna görə də bizim qurumdan çıxmağımız üçün səs verin” deyirlər. Ancaq iddia gerçəyi əks etdirmir”, - baş nazir deyib.

Kameron Türkiyənin AB-yə üzvlüyünü uzaq ehtimal olduğunu bildirib: “Türkiyə üzvlük üçün 1987-ci ildə müraciət etdi. Bugünkü irəliləyişlə Avropa Birliyinə daxil olmaları böyük ehtimalla üç min il çəkəcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm