“JP Morgan”: “Ərdoğan özünə sadiq olmayanları...”
Bizi izləyin

Dünya

“JP Morgan”: “Ərdoğan özünə sadiq olmayanları...”

“Ərdoğan müxalifətdən dəstək almayacağı halda Türkiyə növbədənkənar seçkilərə gedə bilər”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda dünyanın məşhur kredit təşkilatlarından olan “JP Morgan”ın bəyanatında deyilir.

Təşkilat hesab edir ki, Binalı Yıldırım AKP-nin sədri seçilməsinə və prezident Rəcəb Tayyib Ərdoğandan hökuməti qurma vəzifəsi almasına baxmayaraq, ölkənin siyasi həyatındakı qeyri-müəyyənlik davam edir.

“JP Morgan” hesab edir ki, Ərdoğana kifayət qədər sadiq olmayan nazirlər dəyişdiriləcək.

“Yeni hökumətin prioriteti böyük ehtimalla prezident üsul-idarəsi və Ərdoğanın gücünün qanuniləşdirilməsi olacaq. Müxalifət buna dəstək verməyəcəyi halda ölkənin növbədənkənar seçkilərə getmə ehtimalı böyükdür”, - təşkilat bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm