Onları yeni hökumətə buraxmadılar... - ADLAR (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Onları yeni hökumətə buraxmadılar... - ADLAR (YENİLƏNİB)

Türkiyənin yeni Baş naziri Binəli Yıldırımın təqdim etdiyi yeni hökumətin tərkibi prezident Rəcəb Tayyip Ərdoğan tərəfindən təsdiq olunub.

Publika.az xəbər verir ki, yeni hökumətdə Yalçın Akdoğan yer almayıb.

Qeyd edək ki, Y. Akdoğan keçmiş Baş nazir Əhməd Davudoğlunun köməkçisi idi.

Yeni baş nazir Binəli Yıldırımın qurduğu hökumətdə Y. Akdoğanla yanaşı, Sema Ramazanoğluna da vəzifə verilməyib. S. Ramazan oğlu Ailə və sosial siyasət naziri idi. B. Yıldırım yeni hökumətdə bu posta Fatma Betül Sayan Kayanı təyin edib.

S. Ramazanoğlu CHP lideri Kemal Kılıçdaroğlu ilə etdiyi qalmaqallı mübahisələrlə gündəmə gəlmişdi.

Türkiyənin yeni hökumətində ümumilikdə 8 nazir kənarda qalıb. Belə ki, Y. Akdoğan və S. Ramazanoğlu ilə birlikdə səhiyyə naziri Mehmet Müezzinoğlu, inkişaf naziri Cevdet Yılmaz, Avropa Birliyi naziri Volkan Bozkır, iqtisadiyyat naziri Mustafa Elitaş, Ətraf mühit və şəhərsalma naziri Fatma Güldemet Sarı və mədəniyyət və turizm naziri Mahir Ünal da yeni kabinetdə yer almayıblar.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm