Göyərti satan qadın qardaşının nazir olduğunu bazarda öyrəndi - VİDEO
Bizi izləyin

Dünya

Göyərti satan qadın qardaşının nazir olduğunu bazarda öyrəndi - VİDEO

Türkiyənin yeni hökumətində elm-sənaye və texnologiya naziri vəzifəsini alan Faruk Özlünün bacısı qardaşının nazir olduğunu bazarda öyrənib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mürvət Çolak (63) özünün yetişdirdiyi tərəvəz məhsulları bazarda sataraq dolanır.

O, Düzcə vilayətinin Çilimli mahalının Topçular kəndində yaşayır. Mürvət Çolaq qardaşının nazir olduğunu bazardakı satıcılardan birindən öyrənib.

“Vətənimizə, millətimizə xeyirli olsun. Çox sevindim. Qardaşım çalışqan və dürüst insandır. Çox çalışqan olduğu üçün Düzcənin ondan gözləntiləri çoxdur. Düzcə sakinləri qardaşımı çox sevir”, - o, deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm