Nazirin mühafizəçiləri həbs olundu
Bizi izləyin

Dünya

Nazirin mühafizəçiləri həbs olundu

Ermənistanın nəqliyyat və rabitə naziri Qaqik Beqlaryanın 4 mühafizəçisi həbs olunub.

Publika.az “tert.am”-a istinadən xəbər verir ki, nazir və digər rəsmi şəxslər bu məsələni ictimaiyyətdən gizlətməyə çalışsa da, Baş Prokurorluq faktı təsdiqləyib.

Mühafizəçilərə qarşı qəsdən sağlamlığa zərər vurma maddəsi ilə cinayət işi açılıb. Onları 5 ildən 10 ilə qədər həbs gözləyir.

Məlumata görə, nazirin mühafiəçiləri bir neçə ay öncə İrəvanda “Venesiya sarayı”nın sahibinin oğlu 25 yaşlı Sergey Abovyanı döyüblər. Davaya səbəb isə bir-birinin avtomobilinə yol verilməməsi olub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm