Ermənistan müxalifəti xəbərdarlıq etdi: “Bu birinci mərhələdir”
Bizi izləyin

Dünya

Ermənistan müxalifəti xəbərdarlıq etdi: “Bu birinci mərhələdir”

Ermənistan müxalifəti xəbərdarlıq etdi: “Bu birinci mərhələdir”

Ermənistan baş naziri Tiqran Sarkisyanın istefasından sonra müxalifətin növbəti hədəfi prezident Serj Sarkisyandır.

Publika.Az – ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, keçmiş prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi (EMK) Serj Sarkisyanı istefaya məcbur etmək niyyətindədir.

Mətbuatın yazdığına görə, 2008-ci ildən baş nazir postunda olan Tiqran Sarkisyanın istefa verməsindən sonra EMK S.Sarkisyanı istefa məcbur etməyi qarşısına hədəf qoyub.

“Hakimiyyət heç vaxt belə zəif olmayıb. Hakimiyyət dəyişikliyinin həyata keçirilməsi heç vaxt indiki kimi rahat olmayıb. Hökumətin istefasını hakimiyyət dəyişikliyinin birinci mərhələsi hesab edirik. Bundan sonra növbəti mərhələyə keçirik: Serj Sarkisyanı istefa verməyə məcbur etmək”, - EMK-nin parlament fraksiyasının rəhbəri Levon Zurabyan bildirib.

Ermənistan müxalifəti 28 Aprel tarixində keçiriləcək parlament iclasında hökumətə etimadsızlıq göstəriləcəyinə ümid edir. L.Zurabyanın fikrincə, hakimiyyət baş naziri istefaya göndərməklə ümumxalq etirazı yumşaltmağa və misli görünməmiş mitinqlərin keçirilməsinin qarşısını almağa çalışır.

“Lakin müxalifət insanları erməni şəhərlərinin küçələrinə çıxarmaq niyyətindən imtina etmir. Müxalifətin əsas tələbi prezident Sarkisyanın istefası olacaq”, - L.Zurabyan vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm