Mossadın keçmiş şefindən şok Fələstin açıqlaması
Bizi izləyin

Dünya

Mossadın keçmiş şefindən şok Fələstin açıqlaması

1998-2003 illərdə Mossada rəhbərlik edən Eprahim Halevi İsrailin Hamasla bağlı siyasətini tənqid edib.

Publika.az xəbər verir ki, “Əl Cəzirə” telekanalının suallarını cavablandıran Mossadın keçmiş şefi “İsrail Həməs reallığını qəbul etməlidir” deyə bildirib.

Onun sözlərinə görə, İsrail Fələstin problemini həll etmək əvəzinə, davamlı olaraq Qəzzaya hücumlar etməsi heç nəyə yaramır.

“İsrail ordusunun komandirləri ilə danışsanız, onların hər biri Qəzzada başqa gücün olmasındansa, Həmasın olmasının İsrailin xeyrinə olduğunu deyəcək. İsraillilər qəbul etməlidir ki, fələstinlilər işğala qarşı savaşdıqlarına inanırlar”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm