Ekspert: Putin özünü bir başqa tələyə saldı
Bizi izləyin

Dünya

Ekspert: Putin özünü bir başqa tələyə saldı

"Nadejda Savçenkonun azad olunması Ukraynanın və beynəlxalq birliyin uğurudur. Rusiya kəşfiyyatı Ukrayna ərazisində Ukrayna vətəndaşını oğrulayıb Rusiyaya gətirdikdə ölkələrini və prezident Vladimir Putini çətin duruma saldılar. Putin beynəlxalq birliyin təzyiqi ilə üz-üzə qaldı".

Bunu Publika.az-a açıqlamasında siyasi ekspert Elxan Şahinoğlu deyib. Onun fikrincə, Putin Savçenkonu azad etməklə özünü bir başqa tələyə saldı.

"Bəs Rusiya hakimiyyəti və məhkəməsi iddia edirdi ki, Savçenko rusiyalı iki jurnalistin qətlində günahkardır, heç “qatili” də azad edərlərmi?

Nadejda Savçenko Ukrayna Ali Radasının deputatıdır, AŞPA-da təmsil olunur. Bir azdan onun azad olunmasıyla bağlı eyforiya keçəcək və Savçenko da digərləri kimi ölkəsinin gündəlik siyasi problemləri ilə məşğul olacaq. Ukrayna Radasında döyüşçülər az deyil, Savçenko da onlardan biri olacaq. Savçenko siyasətdə hansısa tərəf seçmək məcburiyyətində qalacaq, indinin özündə onu deputat seçdirən blok hakimiyyətə müxalifətdədir. Başqa sözlə yaxınlarda Savçenko ümumxalq qəhrəmanından siyasi opponentə çevriləcək. Bu da siyasətin reallığıdır"., - ekspert əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm