Putindən YENİ TƏKLİF: Bunun üçün...
Bizi izləyin

Dünya

Putindən YENİ TƏKLİF: Bunun üçün...

Rusiya prezidenti Vladimir Putin Atlantik okeanından Sakit okeanına qədər vahid əməkdaşlıq zonasını yaratmağı təklif edib.

Publika.az xəbər verir ki, Putin təklifi Yunanıstanın “Katimerini” qəzetində dərc edilmiş məqaləsində səsləndirib.

Onun sözlərinə görə, Ukrayna hadisələrdən lazımlı nəticələr çıxarmaq və Atlantik okeanından Sakit okeanına qədər vahid əməkdaşlıq zonasının yaradılmasına başlamaq lazımdır. Dövlət başçısı qeyd edib ki, proses təhlükəsizlik arxitekturasına söykənməlidir.

Putin qeyd edib ki, Rusiya Avropa Birliyi ilə bərabər hüquqlu və həqiqi əməkdaşlıq dialoqunun yaradılması ehtiyacını görür. Rusiya lideri hesab edir ki, Avropa Birliyi ilə münasibətlərdə həll edilməyən problem yoxdur.

“Çoxplanlı əməkdaşlıq yoluna qayıtmaq “bir qapıya oyun” kimi qüsurlu məntiqdən imtina etmək, bir-birinin fikirlərini və maraqları nəzərə almaq lazımdır”, - deyə Putin vurğulayıb.

Qeyd edək ki, Putin 27-28 may tarixlərində Yunanıstanda rəsmi səfərə gedəcək. Bu, 2016-cı ilin ilk altı ayında Avropa Birliyinə Putinin birinci səfəri olacaq. Rusiya prezidenti 30 noyabr 2015-ci ildə Parisdə keçirilən BMT-nin iqlim üzrə konfransında iştirak edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm