Kürdlərdən Ərdoğana dəstək üçün şərt
Bizi izləyin

Dünya

Kürdlərdən Ərdoğana dəstək üçün şərt

Kürdlərdən Ərdoğana dəstək üçün şərt

Barış və Demokrasi Partiyası (BDP) prezident seçkilərində baş nazir Rəcəb Tayyib Ərdoğana dəstək verə bilər.

Publika.Az – ın verdiyi xəbərə görə, “Röyters” agentliyinə müsahibə verən kürd millət vəkili Pervin Buldan bunun “kürd məsələsi”nin həlli prosesində atılacak addımlardan asılı olduğunu deyib.

“Kürdləri təmin edən addımlar atılarsa, BDP və HDP bu məsələdə əhəmiyyətli qərarlar qəbul edə bilər. Amma indiki mərhələdə baş naziri dəstəkləcəyimizlə bağlı qəti fikir fikir söyləmək doğru deyil”, - deyə BDP-li millət vəkili mövzunu müzakirələr üçün açıq saxlayıb.

P.Buldan hazırda İmralı adasında həbsdə olan PKK terror təşkilatının lideri Abdulla Öcalanın bu məsələdə edəcəyi çağırışın da çox təsirli olacağını söyləyib:

“Öcalanın həll prosesinin gedişatı barəsində fikirləri həlledici və edəcəyi çağırış kürdlər üzərində təsirli olacaq. Buna görə də hökumət bu məsələyə diqqət yetirməlidir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm