İraq ordusu Fəllucəyə hücuma keçib
Bizi izləyin

Dünya

İraq ordusu Fəllucəyə hücuma keçib

İraq ordusu və şiə birləşmələri Fəllucə şəhərinə hücuma keçib. Yerli medianın yazdığına görə, ordu döyüşə-dğyüşə şəhərə doğru irəliləyir.

Ordu yaraqlıların mövqelərini artilleriya və minaatanlardan atəşə tutur. Həmçinin təyyarələr yaraqlılara havadan zərbələr endirir.

“İslam Dövləti” qrupu bu şəhəri 2014-cü ilin yanvarında zəbt edib.

Komandanlığın məlumatına görə, İraq ordusu ilə könüllü birləşmələr yaraqlıları Fəllucənin şimal-şərqindəki Karma şəhərindən çıxarıblar.

Şəhərə hücum mayın 23-də baş nazir Haider Abadinin əmriylə başlayıb.

ABŞ hərbçilərinin hesablamasına görə Fəllucədə 500-700 arası yaraqlı var.

Hazırda İraq və Suriyanın bir sıra bölgələri “İslam Dövləti” qrupunun nəzarətindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm