7 dövlət Rusiyanı HƏDƏLƏDİ: Bu, yerinə yetirilməsə, biz...
Bizi izləyin

Dünya

7 dövlət Rusiyanı HƏDƏLƏDİ: Bu, yerinə yetirilməsə, biz...

Rusiyaya qarşı sanksiyalar Minsk sazişləri tam yerinə yetirilənədək qüvvədə qalacaq və zərurət yaranacağı təqdirdə gücləndirilə bilər.

Publika.az-ın xəbərinə görə, bununla bağlı “Böyük yeddiliy”in Yaponiyada keçirilən sammitinin yekununda qəbul olunan birgə bəyannaməsində deyilir: "Biz təsdiq edirik ki, Rusiya Federasiyasına qarşı sanksiyaların uzadılması tamamilə Moskvanın Minsk sazişlərinin tam implementasiyası və Ukraynanın suverenliyinə hörmət edilməsinə dair hərəkətləri ilə bağlıdır. Sanksiyalar Rusiyanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyi təqdirdə ləğv oluna bilər. Bununla yanaşı biz əgər Rusiyanın hərəkətləri tələb edərsə, gələcəkdə də məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə hazırıq".

Eyni zamanda qeyd olunur ki, "yeddilik" liderləri Ukrayna böhranının həlli üçün Moskva ilə dialoqun saxlanılmasının mühüm olduğunu vurğulayıblar.

G7 ölkələri Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması barədə razılaşıb. Bu haqda Böyük Britaniyanın baş naziri Devid Kameron bildirib.

“Böyük yeddilik” iyun ayında sanksiyaların uzadılması barədə razılaşıb”, - Kameron Yaponiyada G7 sammitinin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Britaniya siyasətçisi qeyd edib ki, məhdudiyyətlər Minsk razılaşmalarının tam icrasına qədər qalacaq.

Qeyd edək ki, Rusiya barəsində daxil edilən sanksiyaların müddəti 31 iyulda başa çatır. Avropa Birliyi sanksiyaların uzadılması məsələsini 28-29 iyun tarixlərində keçiriləcəyi sammitdə müzakirə edəcək. Amma bir sıra Avropa dövlətləri məhdudiyyətlərin yumşaldılmasını tələb etməyə hazırlaşır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm