Dünya
Qısqanclıqdan ana uşağını qatarın altına itələdi
Polis Rusiyanın Yekaterinburq şəhərinin metrosunda yaşanmış fövqəladə halı aydınlaşdırmağa çalışır.
Qeyd olunur ki, aprel ayının 3-də metro stansiyalarının birində 2 aylıq uşaq arabası ilə birgə relslər üzərinə düşüb. Uşağın anası arabanı onları atıb sevgilisiylə gedən atasına tərəf itələyərkən onun təsadüfən relsə düşdüyünü əmin edir. Lakin ona tərəf istiqamətlənmiş uşaq arabası trayektoriya xəttini dəyişib yerə düşəndə də atası dayanmayıb.
Metropoliten işçiləri cəld hərəkət edərək qatarın hərəkətini dayandırıb elektrik enerjisini söndürüblər. Hadisə yerinə təcili tibbi yardım gələrək uşağı xəstəxanaya aparıb. Xoşbəxtlikdən uşaq arabadan düşməyib və heç bir xəsarət almayıb.
Sonradan məlum olub ki, uşağın anası və onun 19 yaşlı atası qatarın sonuncu vaqonunda gedirdilər. Atası metroda sevgilisini görüb vaxtını onunla keçirmək üçün ana və balasını atıb. Bu, 20 yaşlı ananı qəzəbləndirib. Qadın vətəndaş nikahında yaşadığı ərinin dalınca qaçıb və var gücü ilə uşaq arabasını kişiyə tərəf itələyərək onu saxlamağa çalışıb.
Cavan oğlan aradan çıxa bilib. Polis isə yaşanmış insidentlə bağlı tədqiqat aparır.
Camalə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR