Türkiyə ordusu Suriyaya girdi – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Türkiyə ordusu Suriyaya girdi – SON DƏQİQƏ

Türkiyə ordusunun bölmələri Hələb əyalətinin şimalında, Afrin şəhəri istiqamətində Suriyanın içərilərinə doğru 700 metr irəliləyib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Al-Mayadin” telekanalı bildirib.

Telekanalın məlumatına görə, türk hərbçiləri Afrin şəhərinin yaxınlığında blokpost qurublar. Şəhərin əhalisinin əsas hissəsini kürdlər təşkil edir.

Kanalın bu informasiyası hələlik rəsmi qurumlar tərəfindən şərh olunmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm