Türkiyənin 20 hərbçisi həlak oldu, 15-i yaralandı - İDDİA
Bizi izləyin

Dünya

Türkiyənin 20 hərbçisi həlak oldu, 15-i yaralandı - İDDİA

PKK-nın hücumu nəticəsində 20 türk əsgəri həlak olub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda PKK-nın hərbi qanadı HPG-nin qərargahına istinadən ANF kürd agentliyi bildirib.

Məlumata görə, terrorçular partlayıcı maddələrlə yüklü avtomobili Mardin vilayətinin Dargeçit şəhərində yerləşən bazada partladıblar. Hücum mayın 25-i axşam olub. Ancaq hücum barədə indiyə kimi rəsmi məlumat verilməyib.

“Biz partlayıcı maddələrlə dolu avtomobili hərbi bazaya yönəltdik. Partlayış nəticəsində bazanın çox hissəsi dağıdılıb”, - xəbərdə deyilir.

Məlumata görə, PKK döyüşçüləri terror aktından sonra bazanı atəşə tutublar. Hücum nəticəsində 15 hərbçinin yaralandığı bildirilir.

“Bu 1990-cı illərdə bizim partizanlarımıza qarşı Türkiyənin hərəkətlərinə görə cavabdır”, - HPG-ın qərargahından bildirilib.

HPG-ın məlumatına görə, döyüş rayonuna yaralıların təxliyyəsi üçün xeyli sayda zirehli maşın gəlib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm