Vaşinqton Rusiyaya görə İspaniyaya “xəyanətkar” damğası vurdu
Bizi izləyin

Dünya

Vaşinqton Rusiyaya görə İspaniyaya “xəyanətkar” damğası vurdu

ABŞ İspaniyanı “xəyanət”də ittiham edib.

Publika.az “The Times” nəşrinə istinadən xəbər verir ki, ittihamlar Madridin Rusiyanın hərbi gəmilərinə Afrikanın şimalında - Aralıq dənizi sahilində yerləşən ispan anklavı olan Seuta limanına girməsinə icazə verməsi ilə bağlıdır.

“İspaniya tərəfindən Rusiya gəmilərinə verilmiş icazə NATO-nun həmrəylik prinsiplərinə ziddir”, - ABŞ Konqresinin üzvü Co Pitts bildirib.

Onun sözlərinə görə, ittifaqda Moskvaya belə icazənin verilməməsi üçün dəqiq strategiya olmalıdır.

Nəşr Amerika hərbi ekspertlərinə istinadən bildirir ki, Seuta faktiki olaraq Aralıq dənizinin qərb hissəsində Rusiyanın hərbi donanmasının bazasına çevrilib. “The Times” iddia edir ki, 2011-ci ildə liman ən azı 57 Rusiya hərbi gəmisini qəbul edib.

Öz növbəsində Madrid bildirir ki, Rusiya gəmilərinin qəbulu sanksiya rejiminə zidd deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm