Dünya
“İki ölkə arasında mütləq enerji əməkdaşlığı həyata keçiriləcək” – İsraildən JEST
“Türkiyə İsrail qazının dünya bazarına çıxarılması üçün ən yaxşı və sərfəli tranzit ölkədir”.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu İsrailin İstanbuldakı Baş konsulu Şai Cohen bildirib.
Diplomat deyib ki, bununla bağlı müvafiq layihə işlənib hazırlanıb: “Bu layihənin reallaşması üçün müəyyən zaman lazımdır. Bölgədəki indiki vəziyyət də Türkiyə və İsrailin enerji sahəsində əməkdaşlıq etməsinə ehtiyac duyur”.
Şai Cohen qeyd edib ki, Türkiyə və İsrail münasibətləri tam normallaşandan sonra, iki ölkə arasında mütləq enerji əməkdaşlığı həyata keçiriləcək: “İsrail qazının Türkiyə üzərindən daşınması çox sərfəlidir. Geostrateji baxımdan da Türkiyə cənubla şimalın, şərqlə qərbin mərkəzində yerləşir. Əgər Türkiyə olmasa, enerji resurslarının bazarlara çatdırılması çətin olardı”.
Baş konsul vurğulayıb ki, Türkiyə və İsrail arasında boru xətinin çəkilməsi istiqamətində hazırlıq işləri həyata keçirilir: “Bu layihənin həyata keçməsi üçün özəl sektor hər cür dəstəyə hazırdır. Boru xəttinin bütün maliyyə xərcləri də hesablanıb. Bu boru xəttinin Türkiyənin cənub bölgəsinə qədər çəkilməsi üçün 4 milyard dollar vəsait lazımdır. Əminəm ki, bu vəsait üçün özəl sektor çox maraqlıdır. Əgər dövlətlər arası addımlar da atılarsa, bu layihənin reallaşması asanlaşacaq”.
Vasif Həsənli
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...