Dünya
Ərdoğan: “Bizə verilən söz bu deyil”
“NATO-da bizimlə müttəfiq olanlar öz əsgərini YPG-nin simvolları ilə Suriyaya göndərməməlidir”.
Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkrdə etdiyi çıxışında deyib.
Suriyanın Rakka şəhərini İŞİD-dən almaq üçün başlayan əməliyyata qatılan Amerikan əsgərlərinin qolundakı YPG (PYD-nin silahlı qanadı) gerbi ilə əlaqədar polemika hələ də davam edir. Prezident Ərdoğan çıxışında ABŞ-ın terror təşkilatı YPG-yə dəstək verməsini pisləyib.
“ABŞ-ın YPG-yə verdiyi dəstəyi qınayıram. Bizə verilən söz bu deyil. Mən siyasətin dürüst aparılacağına inananlardan biriyəm. Buna görə də NATO-da bizimlə müttəfiq olanlar öz əsgərini YPG-nin simvolları ilə Suriyaya göndərməməlidir və göndərə bilməz. Səhv yerdə dayanırsınız. Terror təşkilatı ilə əlaqədar bütün sənədləri veririk. Amma atdıqları addımlar səhvdir”, - Ərdoğan bildirib.
Ömər Dağlı
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi