Putin qadınların və dişi heyvanların qadağan olunduğu ərazidə
Bizi izləyin

Dünya

Putin qadınların və dişi heyvanların qadağan olunduğu ərazidə

Yunanıstanda səfərdə olan Rusiya prezidenti Vladimir Putin Aynorozda rus rahiblərinin min illərdir yaşadığı “Aziz Panteleimon” rus ortodoks manastırını və müqəddəs Athos dağını ziyarət edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Athos dağı dünyada dişi heyvanların qadağan olunduğu ən geniş coğrafi ərazi hesab olunur.

Təqribən 335 kvadrat kilometr yarımadada yerləşən Athos dağında pişiklərdən savayı, bütün dişi heyvanların girişi qadağan edilib.

Yarımadanın ən görkəmli monastırı sayılan Simonos Petrasa hər gün yalnız 100 ortodoks və 10 qeyri-ortodoks kişinin girişinə icazə verilir. Buranı ziyarət etməyə namizəd olan şəxslər yarımadanın 20 monastırından yalnız birində üç gecə qala bilərlər. Qadınların bu dağa girişi isə ümumiyyətlə qadağandır. Yarımadanın 500 metrliyinə qədər qadınların yaxınlaşması qadağan olunub.

Bütün bu qadağalar səbəbindən yarımadaya süd məhsulları və yumurta kənardan gətirilir.

Qaydalara görə, yarımadaya daxil olan şəxslər mütləq saqqal saxlamalıdır.

Ancaq tarixdə bu qaydaları pozaraq, yarımdaya daxil olan qadınlar da olub. Belə ki, 1946-1949-cu illər arası Yunanıstanda baş verən vətəndaş müharibəsi zamanı yarımadaya keçən heyvanlarını almaq üçün gələnlər arasında qadınlar da var imiş

1953-cü ildə isə Maria Poimenidou adlı bir qadın kişi cildinə girərək, yarımadaya getməyi bacarıb. Bu hadisədən sonra qadınların Aynoroza girişinə qoyulan qadağa aradan götürülüb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm