Bu qəsəbə miqrantları qəbul etməkdənsə... – VİDEO
Bizi izləyin

Dünya

Bu qəsəbə miqrantları qəbul etməkdənsə... – VİDEO

İsveçrədə miqrantları qəbul etməyən yaşayış məntəqələrinə 280 min dollar cərimə tətbiq ediləcək.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, miqrantlara münasibətin birmənalı olmadığı ölkədə onları qəbul etməmək üçün cəriməni ödəməyə hazır olan kənd və qəsəbələr var.

Zəngin qəsəbələrdən hesab olunan Obervil-Lieli 10 miqrantı qəbul etməkdənsə 280 min dolları ödəmək qərarına gəlib. Qərar qəsəbədə keçirilən referendumun nəticələrinə görə qəbul edilib. Amma qəsəbənin bəzi sakinləri qərara görə utandıqlarını bildiriblər.

Qəsəbənin 2200 sakinindən 300-ü milyonçudur. İsveçrədə qəbul olunan qaydalara görə, qəsəbə yalnız 10 qaçqını qəbul etməli idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm