“Batalyonlar narkotik ticarəti ilə məşğul olur”
Bizi izləyin

Dünya

“Batalyonlar narkotik ticarəti ilə məşğul olur”

Ukraynanın hərbi rəhbərliyi Donbas münaqişənin zonasında fəaliyyət göstərən millətçi batalyonlara nəzarət etmək vəziyyətində deyil.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu “Luqansk Xalq Respublikası” (“LXR”) separatçı qurumun “xalq milisinin idarə rəisi” Oleq Anaşenko jurnalistlərə bildirib.

“Ukrayna hərbi rəhbərliyinin qabiliyyətsizliyi nəticəsində millətçi batalyonlarını idarə etmək mümkün olmur. Bu bölmələr narkotik ticarəti ilə məşğul olur, qazanc məqsədi ilə insanları oğurlayır, reketliklə məşğul olur, həmçinin xalq milisinin hərbi qulluqçularına qarşı diversiyalar təşkil edirlər”, - Anaşenko deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm