II Dünya müharibəsindən qalmış təyyarə qəzaya uğradı - VİDEO
Bizi izləyin

Dünya

II Dünya müharibəsindən qalmış təyyarə qəzaya uğradı - VİDEO

ABŞ-da ikinci dünya müharibəsindən qalmış təyyarə qəzaya uğrayıb.

ATV.az xarici mediaya istinadən bildirir ki, Nyu Yorkda Corc Vaşinqton körpüsündən 3 kilometr aralıda Hudzon çayına düşən nəqliyyat vasitəsinin pilotu dünyasını dəyişib.

Əraziyə xilasetmə qayıqları, mülki müdafiə qüvvələri cəlb olunub. Hadisənin dəqiq səbəbləri bilinməsə də, mütəxəssislər qəzaya mühərrikdəki texniki nasazlığın yol açdığını düşünür. Ötən əsrin ortalarına məxsus təyyarənin reklam çəkilişi üçün havaya qalxdığı bildirilir.

Çəkilişdə iştirak edən digər iki köhnə təyyarə uçuşu uğurla başa vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm