Qocalar evində yanğın - 17 nəfər öldü
Bizi izləyin

Dünya

Qocalar evində yanğın - 17 nəfər öldü

Ukraynada yanğın zamanı qocalar evinin 17 sakini həyatını itirib, 5 nəfər yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Publika.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, ötən gecə Kiyev vilayətinin Brovar rayonunun Litoçka kəndində qocalar üçün inşa edilmiş şəxsi evdə yanğın baş verib.

Nəticədə 17 nəfər həyatını itirib. Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Komitəsi onların hamısının cəsədinin aşkarlandığını açıqlayıb. Xəstəxanaya yerləşdirilən 5 nəfərdən ikisinin durumunun ağır olduğu da açıqlanıb.

Hüquq-mühafizə orqanları həmin qocalar evinin qeyri-qanuni tikildiyini bildirib. Hadisəyə televizorda baş verən partlayışın səbəb olduğu ehtimal edilir. Cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm