Dünya
Son günlər Aralıq dənizində 700-dən artıq miqrant boğulub
Son bir həftədə Aralıq dənizində Liviyadan yola düşən 3 gəminin batması nəticəsində 700-dən artıq miqrant həlak olub.
Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, 100-dən artıq miqrantn olduğu gəmilərdən biri çərşənbə günü, 550 nəfəri daşıyan gəmi isə cümə axşamı batıb. Məlumata görə, İtaliya polisi gəmilərdən birinin kapitanını, 28 yaşlı Sudan vətəndaşını həbs edib.
Göyərtədə nə qədər miqrantın olduğu bilinməyən 3-cü gəmi isə cümə günü batıb. 135 nəfər xilas edilib, 45 nəfərin cəsədi çıxarılıb. Bir çoxları hələ də itkindir.
BMT-nin qaçqınlar üzrə agentliyinin sözçüsü Federiko Fossi vəziyyəti xaotik adlandırıb.Oun sözlərinə görə, cümə günü Aralıq dənizindən 16 müxtəlif əməliyyat zamanı 1900-dən artıq miqrant xilas edilib.
Onlar İtaliyanın liman şəhərləri Taranto və Pozalloda saxlanılır.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO