“Rusiya Gürcüstanda 7 min hərbçi saxlayır”
Bizi izləyin

Dünya

“Rusiya Gürcüstanda 7 min hərbçi saxlayır”

Rusiya Avropa Birliyi və NATO-nun vahidliyini pozmağa çalışır.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında ABŞ-ın Avropadakı qoşunlarının komandanı Ben Xoces söyləyib. Onun sözlərinə görə, Moskva bu fəaliyyəti ilə Qərbi zəiflətməyi planlayır:

“Rusiya istəyir ki, ona super güc kimi yanaşılsın. İndiyə qədər Gürcüstan ərazilərində heç bir leqal əsas olmadan 7000 rus hərbçisi qulluq edir. Rusiya hələ də öz hərbçilərini Dnestryanıda saxlayır. Moskva hələ də Krımdadır və Donbasda savaş aparır. Onlar özlərini super güc kimi aparmağı bilməlidirlər ki, hörmət qazansınlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm