Türklər ayaqda: Almaniyada böyük mitinq təşkil edilir
Bizi izləyin

Dünya

Türklər ayaqda: Almaniyada böyük mitinq təşkil edilir

Almaniyadakı türklər ölkə parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsini müzakirəyə çıxarmasına etiraz olaraq böyük mitinq planlaşdırır.

Axar.az xəbər verir ki, tədbiri Türk-Alman Həmrəylik Platformu keçirəcək. Tədbir iyunun 1-də baş tutacaq. Etiraz aksiyasında Türkiyədən məşhur müğənnilər və futbolçular da iştirak edəcəklər.

Ötən gün də Almaniyanın müxtəlif şəhərlərində mitinqlər təşkil edilib. Berlin Türk Birliyi (TGB), Avropalı Türk Demokratlar Birliyi (UETD), Avropa Atatürkçü Düşüncə Dərnəkləri və 20-ə yaxın təşkilatın iştirakı ilə Hamburq, Hannover, Frankfurt, Köln şəhərlərində keçirilən aksiyalarda “Bundestaq qərar verə bilməz”, “Parlament məhkəmə deyil” şüarları səsləndirilib.

Qeyd edək ki, Almaniya parlamenti qondarma erməni soyqrımının tanınması ilə bağlı qanun layihəsini iyunun 2-də müzakirəyə çıxaracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm