“Ətrafında qalın pul kisələrini dolduran insanları toplayıb” - Mərkəzi Bankın sabiq başçısı
Bizi izləyin

Dünya

“Ətrafında qalın pul kisələrini dolduran insanları toplayıb” - Mərkəzi Bankın sabiq başçısı

“Hakimiyyət bununla manevr etməyə çalışır”

“Hökumət başçısının istefası ictimaiyyətin diqqətini ölkədəki ağır iqtisadi situasiyadan yayındırmaq cəhdidir”.Publika.Az–ın erməni mediasına istinadən verdiyi xəbərə bu sözləri Ermənistan Mərkəzi Bankının sabiq başçısı Baqrat Asatryan Tiqran Sarkisyanın baş nazir postundan istefa verməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, baş nazirin istefasını qələbə adlandırmaq mümkün deyil. “Çünki Ermənistanda problemlər baş nazirlə bağlı deyil. Problem ondadır ki, ölkəni idarə edən siyasi güc ətrafında qalın pul kisələrini dolduran insanları toplayıb. Baş nazirin dəyişməsi ölkə iqtisadiyyatında heç nə dəyişdirməyəcək. İdarəçilik strukturlarında sistem dəyişiklikləri lazımdır”, - B.Asatryan deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm