Netanyahudan Türkiyə mesajı: “O gün çox yaxındır”
Bizi izləyin

Dünya

Netanyahudan Türkiyə mesajı: “O gün çox yaxındır”

Türkiyə-İsrail əlaqələrinin normallaşdırılması üçün aparılan danışıqlarda razılaşma artıq çox yaxındır”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

ABŞ Konqresindən olan nümayəndə heyətini Qüdsdə qəbul edən baş nazir, eyni zamanda bildirib ki, Ankara ilə əlaqələrin 10 il əvvəlki səviyyəsinə dönməsini gözləmir. Bununla belə, Netanyahu qeyd edib ki, normallaşma iki ölkənin bir sıra regional mənfəətlərinin inkişafına əhəmiyyətli fayda verəcək.

“Haaretz” nəşrinin israilli yüksək səviyyəli səlahiyyətliyə istinadən verdiyi xəbərə görə, İsrail-Türkiyə danışıqlarında yeganə çətinlik HƏMAS-ın İstanbuldakı nümayəndəliyi ilə bağlıdır. İsrail nümayəndəliyin bağlanmasını istəyir.

Bir neçə həftə əvvəl keçirilməsi planlaşdırılan görüş baş nazir Əhməd Davudoğlunun istefası ilə əlaqədar təxirə salınıb. İsrail nəşrinin yazdığına görə, görüş qarşıdakı bir həftə ərzində Avropa ölkələrindən birində keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm