Bu separatçı regionlar Rusiyaya qoşulacaq - TƏHDİD
Bizi izləyin

Dünya

Bu separatçı regionlar Rusiyaya qoşulacaq - TƏHDİD

“Ukrayna regionları tezliklə Rusiyaya qoşula bilər”.

Publika.az xəbər verir ki, bunu “Lenta.ru” saytına müsahibəsində Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun “Xalq Şurası”nın sədri Denis Puşilin deyib.

“Mən əminəm ki, Ukraynanın regionları yaxın gələcəkdə təhlükəsizlik və insanların əmin-amanlığının azğın millətçi ideyalarından daha əhəmiyyətli olduğunu fikirləşəcək. Düşünürəm ki, ilk növbədə belə məsələlər Zaporojye və Xarkovda qoyulacaq”, - Puşilin bildirib.

Onun sözlərinə görə, Kiyev Minsk razılaşmalarını yerinə yetirmədiyi müddətdə, belə variant daha real görünür.

Qeyd edək ki, daha əvvəl Ukraynanın işğal edilmiş ərazilərin məsələləri üzrə nazir müavini Georgi Tuk Moskvanın Donetsk və Luqansk “xalq respublikaları”nın müstəqilliyinin tanınması planını hazırladığını bildirib.

“Rusiyalılarda ssenari var. “DXR” və “LXR” tanınması haqqında xahişlə Rusiya Dövlət Dumasına müraciət edəcək, Dövlət Duması “respublikalar”ın müstəqilliyini tanıyacaq və onlarla hərbi köməyin göstərilməsi haqqında müqavilə imzalanacaq”, - Tuk deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm