Qırğızıstanda yeni hökumət - SİYAHI
Bizi izləyin

Dünya

Qırğızıstanda yeni hökumət - SİYAHI

Qırğızıstan Prezidenti Almazbek Atambayev yeni hökumətin üzvlərinin təyin edilməsi ilə bağlı Fərman imzalayıb.

Qırğızıstan Prezidenti Almazbek Atambayev yeni hökumətin üzvlərinin təyin edilməsi ilə bağlı Fərman imzalayıb.

Qırğızıstan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı Almazbek Atambayev aprelin 4-də yeni hökumətin üzvlərinin təyin edilməsi ilə bağlı fərman imzalayıb.

Aprelin 4-də keçirilən iclasda isə yeni baş nazir, müavinlər və Hökumətin digər üzvləri təqdim olunub.
Almazbak Atambayevin fərmanı ilə Comart Otorbayev Qırğızıstanın yeni baş naziri olub.

Dövlət başçısının digər fərmanları ilə Tayırbek Sarpişev baş nazirin birinci müavini, Abdıraxman Mamataliev, Valeri Dil və Elvira Sarıeva baş nazirin müavinləri təsdiq olunublar.

Yeni hökumətdə Temir Sariev iqtisadiyyat və antiinhisar siyasəti, Kalıkbek Sultanov nəqliyyat və kommunikasiyalar, Olqa Lavrova maliyyə, Osmonbek Artıkbaev energetika və sənaye, Erlan Abdıldaev xarici işlər, Abdılda Surançiev daxili işlər, Almambet Şukmamatov ədliyyə, Kamila Talieva mədəniyyət, turizm və informasiya, Dinara Saqinbaeva səhiyyə, Kanatbek Sadıkov təhsil və elm, Aliyasbek Alımkulov gənclər, əmək və məşğulluq, Taalaybek Aydaraliev kənd təsərrüfatı və meliorasiya, Kudayberqen Bazarbaev sosial inkişaf, Kubatbek Boronov fövqəladə hallar, Abibulla Kudayberdiev müdafiə nazirləri vəzifəsini tutublar.

Hökumətin formalaşdırılması prosesi davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm