Rza Zərrab üçün KRİTİK GÜN: Azadlığa çıxacaqmı?
Bizi izləyin

Dünya

Rza Zərrab üçün KRİTİK GÜN: Azadlığa çıxacaqmı?

ABŞ-da həbs olunan Türkiyə vətəndaşı, Cənubi Azərbaycandan olan iş adamı, məşhur türk müğənnisi Ebru Gündəşin həyat yoldaşı Rza Zərrabın pul girovluğu qarşılığında azadlığa buraxılması ilə bağlı bu gün Nyu-Yorkda məhkəmə iclası keçiriləcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən məhkəmə iclasına Rza Zərrabın yenə də əl-ayağı zəncirlənmiş şəkildə gətirilməsi gözlənilir.

Məhkəmə yerli vaxtla saat 10:00-da Nyu-York Federal Məhkəməsində keçiriləcək.

Məhbusun vəkili Bencamin Brafman bildirib ki, Rza Zərrab pul girovluğu müqabilində bu gün şərti azadlığa buraxıla bilər: “Rza Zərrabın əməlində ölüm və yaxud da digər hər hansı ağır cinayət halı yoxdur. Onun barəsində 75 il həbs cəzası tələb olunması ədalətsizlikdir. Ona görə də çalışırıq ki, Rza Zərrabın cəzası ən azı ev dustaqlığı ilə əvəz olunsun”.

Xatırladaq ki, Rza Zərrab 2016-cı il martın 19-da ABŞ-ın Mayami şəhərində bank fırıldaqçılığı və İrana qarşı sanksiyaları pozmaq ittihamları ilə həbs olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm