Almaniyadan xain ADDIM: “Erməni soyqırımı” tanındı - GÖZLƏR ANKARADA (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Almaniyadan xain ADDIM: “Erməni soyqırımı” tanındı - GÖZLƏR ANKARADA (YENİLƏNİB)

Almaniya parlamenti “erməni soyqırımı”nı qəbul edib.

Publika.az-ın məlumatına görə, qanunda “erməni soyqırımı”nın Almaniyada orta və ali təhsildə dərs proqramına daxil edilməsi, vətəndaş cəmiyyəti tərəfindən bir sıra işlərin görülməsi yer alıb.

Millət vəkillərinin demək olar ki, hamısı qanun layihəsinin lehinə səs verib. Yalnız bir nəfər əleyhinə çıxıb, bir nəfər isə bitərəf qalıb. Səsverməni Almaniyadakı erməni cəmiyyətinin nümayəndələri və dini liderlər də izləyib.

Xatırladaq ki, bundan əvvəl Almaniya prezidenti Yoahim Qauk 1915-ci il hadisələrini “soyqırım” olaraq qiymətləndirmişdi. “Soyqırım” layihəsi parlamentin də gündəliyinə salınmış, lakin hökumət müxalifətdəki Yaşıllar Partiyasının hazırladığı qanun layihəsinin qəbuluna mane olmuşdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm