Dövlət Bağçalı: “Suriyalıları göndərin!”
Bizi izləyin

Dünya

Dövlət Bağçalı: “Suriyalıları göndərin!”

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Almaniya parlamentinin uydurma “erməni soyqırımı” qəbul etməsinə sərt reaksiya verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Avropa Birliyi və Türkiyə arasında imzalanan miqrant razılaşmasının ləğvini təklif edib.

MHP sədri həmçinin İncirlik bazasındakı Almaniya hərbçilərinin mövcudluğu məsələsinin yenidən düşünülməli olduğunu bildirib.

“Türkiyənin dostluğunun əvəzinə erməni diasporunun yalan və böhtanlarını seçən Almaniyaya şübhəsiz ki, surətli şəkildə ən təsirli cavab verilməlidir. Türk tarixini ləkələməyə və millətimizə “soyqırımçı” palçığı atmağa çalışan Almaniyaya diplomatik sanksiyalar tətbiq olunmalıdır. Almaniya hökuməti qəbul etmək istəməsə də, türk millətinin tərtəmiz, şanlı və soylu bir tarixi vardır”, - Baxçalı bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm