İranlı aktrisanın qolundakı döymə ölkəni qarışdırdı - FOTO
Bizi izləyin

Dünya

İranlı aktrisanın qolundakı döymə ölkəni qarışdırdı - FOTO

69-cu Kann Beynəlxalq Film Festivalında “Ən yaxşı ssenari” nominasiyasında mükafata layiq görülən “Satıcı” filminin aktrisası Taraneh Alidoostinin qolundakı döymə İranda ciddi müzakirələrə səbəb olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Tehranda mətbuat konfransına qatılan Taraneh Alidoostinin qolundakı qadının gücünü simvollaşdıran döymə ortaya çıxıb.

Sərt tənqidlərlə üzləşən aktrisa sosial şəbəkədəki səhifəsində yazdığı şərhində feminist olduğunu söyləyib.

“Sakit olun! Bəli, mən bir feministəm. Bir feminist cinslər arasında ictimai, siyasi və iqtisadi bərabərliyə inanan adamdır”, - Taraneh Alidoostinin qeyd edib.

O, bir “Twitter” istifadəçisinin “Sakit ol! Sabah Tehrandakı həbsxanaya girəcəksən” mesajına cavab olaraq isə çoxlu gülən üz simvolu göndərib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm