Geri çağırılan səfir DANIŞDI: “Gedib təslim olacam” – VİDEO
Bizi izləyin

Dünya

Geri çağırılan səfir DANIŞDI: “Gedib təslim olacam” – VİDEO

“Almaniya bundestaqında qondarma “erməni soyqırımı” ilə bağlı aparılan dinləmələr eyni tarix müəlliminin anlatdığı saxta düşüncələr idi. Bu saxta qətnamə zərrə qədər fakta və dəlillərə əsaslanmadan, yalnız romanlarda söylənilən duyğulu fikirlərdən ibarət olan qərardır”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Almaniyadakı səfiri Hüseyin Avni Karslıoğlu jurnalistlərə açıqlamasında dilə gətirib.

Səfir deyib ki, Almaniyadan fərqli olaraq, Türkiyə duyğularla deyil, məntiq, ağıl və həqiqətlərlə hərəkət edəcək: “Yəni, sözgedən məsələ ilə bağlı müvafiq addımları və qərarları bu formada atacağıq. Türkiyə-Almaniya dostluğu, iki xalq arasındakı münasibətlər davam edəcək. Bununla bağlı heç kəsin şübhəsi olmasın. Ancaq yenə də təkrar edirəm ki, Almaniya bundestaqının qəbul etdiyi bu qətnamə duyğusal qərardır”.

Hüseyin Avni Karslıoğlu qeyd edib ki, sözügedən qətnamə qəbul edilənədək Almaniya rəsmiləri ilə çox sıx danışıqlar aparılıb: “Çox təəssüf ki, bu qondarma qərarın qarşısını ala bilmədik. Çünki bununla bağlı qərar çox əvvəldən verilmişdi”.

Almaniyadan Ankaraya geri çağırılan səfir Karslıoğlu Türkiyəli jurnalistlərin ona ünvanlandığı “Almaniyaya qayıdış biletiniz varmı?” sualına zarafatla ikibaşlı cavab verib: “Türkiyə hava yollarında bilet bitərmi? Məni Xarici İşlər Nazirliyin çağırıblar ki, bu məsələni bizdən böyük vəzifəli şəxslərlə müzakirə edək və müvafiq qərar qəbul edilsin. Türkiyəyə yeni qayıtdım, ilk işim nazirliyə getmək olacaq. Kimlərlə görüşəcəyim hələlik bəlli deyil. Məni ölkəmə çağırıblar, artıq mən Türkiyədəyəm və gedib nazirliyimə təslim olacam”.

Xatırladaq ki, Hüseyin Avni Karslıoğlu 2007-2008-ci illərdə Türkiyənin Azərbaycandakı səfiri olub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm