Dünyanın ən uzun adamı daha 4,5 santimetr uzanıb - FOTOLAR
Bizi izləyin

Dünya

Dünyanın ən uzun adamı daha 4,5 santimetr uzanıb - FOTOLAR

Dünyanın ən uzun adamı kimi Ginnesin Rekordlar Kitabına düşən türkiyəli Sultan Kösenin boyu 4,5 santimetr uzanaraq 2 metr 51 santimetrə çatıb. Bunu Ginnesin Rekordlar Kitabının 2012-ci il nəşri üçün Kösenin bədən ölçülərini ölçən Ginnes hakimləri müəyyən

Dünyanın ən uzun adamı kimi Ginnesin Rekordlar Kitabına düşən türkiyəli Sultan Kösenin boyu 4,5 santimetr uzanaraq 2 metr 51 santimetrə çatıb. Bunu Ginnesin Rekordlar Kitabının 2012-ci il nəşri üçün Kösenin bədən ölçülərini ölçən Ginnes hakimləri müəyyən ediblər. Bu barədə bazar ertəsi Trend Türkiyənin "Zaman" qəzetinə istinadən məlumat verir.

Məlumata əsasən, 29 yaşlı türkün əlləri də 1 santimetr uzanaraq 28,5 santimetrə çatıb. Kösenin hormon müalicəsi almasına baxmayaraq, onun boyu uzanmaqda davam edir.

Kösen 2 metr 46,5 santimetrlə ən uzun boy, 27,5 santimetrlə ən uzun əl, 36,5 santimetrlə də ən uzun ayaqlara sahib olması səbəbindən 2010-cu ildə Ginnesin Rekordlar Kitabına düşmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm