Türkiyə kəşfiyyatının şefi istefaya göndərildi
Bizi izləyin

Dünya

Türkiyə kəşfiyyatının şefi istefaya göndərildi

Türkiyənin kəşfiyyat orqanı olan Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan vəzifəsindən azad edilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, kulislərdə gəzən məlumatlara görə, Fidan Yaponiyaya səfir təyin edilib.

MİT-in rəhbərliyinə isə təqaüddə olan polkovnik Levent Göktaşın gətiriləcəyi bildirilir. Prezident Rəcəb Tayyib Ərdoğanın “sirr qutusu” olaraq tanınan Hakan Fidan hazırda dövlət başçısını Şərqi Afrika ölkələrinə səfərində müşayiət edir.

Kulislərdə gəzən digər bir xəbər isə Xarici İşlər Nazirliyinin məsləhətçisi Feridun Sinirlioğlunun Nyu-Yorka səfir göndərilməsi ilə bağlıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm