Azərbaycanlı biznesmen mafiya vəkilinə 60 milyon verəcək
Bizi izləyin

Dünya

Azərbaycanlı biznesmen mafiya vəkilinə 60 milyon verəcək

ABŞ-da həbsdə saxlanılan Azərbaycan əsilli biznesmen Rza Zərrab girov qarşılığında azad edilməsi üçün kisənin ağzını açıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Zərrab müdafiə olunması üçün mafiya vəkili adlandırılan Benjamin Brafman ilə razılaşıb.

Biznesmenin vəkilə verəcəyi pul 60 milyon dollar təşkil edir.

67 yaşlı Brafman ABŞ-da olduqca məşhur hüquqşünasdır. Otuz yaşından bu yana vəkil olaraq çalışan Brafman indiyə kimi bir çox mafiya və narkotik şəbəkəsinin liderini məhkəmədə müdafiə edib. Buna görə də o, “mafiya vəkili” kimi tanınır. O, 1997 və 2005-ci illərdə Nyu-Yorkun ən yaxşı vəkili seçilib.

Məhkəmənin qəbul edəcəyi qərara görə, vəkilin alacağı pul arta bilər. Məsələn, Zərrab haqqında ev həbsi və ya başqa bir müsbət qərar çıxarılsa, Brafmanın gəliri milyonlarla dollar artacaq.

Qeyd edək ki, Rza Zərrab ABŞ-ın "Metropoliten" həbsxanasında saxlanılır. O, İrana qarşı tətbiq olunan sanksiyaları pozmaqda, bank saxtakarlığına yol verməkdə, çirkli pulların yuyulmasında ittiham olunur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm