Türk təyyarələri PKK-nı yerlə yeksan etdi: 20 cəsəd
Bizi izləyin

Dünya

Türk təyyarələri PKK-nı yerlə yeksan etdi: 20 cəsəd

Türkiyə Silahlı Qüvvələri Licə (Diyarbəkir vilayəti), Yüksəkova və Şəmdinli (Hakkari) rayonlarına, habelə Şimail İraqda Kandil, Avaşin və Qara bölgələrinə hava hərəkatına başlayıb.

Musavat.com-un türk mediasına istinadən verdiyi məlumatda çox sayda terrorçunun öldürüldüyü bildirilir.

Türk ordusunun Şimali İraqda və Diyarbekir Lice rayonu tərəfdə 5-6 nəfərlik müxtəlif terroçu qrupları təsbit edildiyi və onların hava hücumu ilə yox edildiyi bildirilir.

Bunda başqa Hakkari vilayətinin Şəmdinli rayonunda 20-ə yaxın terroçu hava zərbələri ilə məhv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm