Ankaranın yeni meri bəlli oldu - Seçki
Bizi izləyin

Dünya

Ankaranın yeni meri bəlli oldu - Seçki

Publika.Az xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) paytaxt Ankarada bələdiyyə səsverməsinin nəticələrinin yenidən sayılması haqda müraciəti rədd edilib. Xatırladaq ki, ilkin nəticəl

Publika.Az xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) paytaxt Ankarada bələdiyyə səsverməsinin nəticələrinin yenidən sayılması haqda müraciəti rədd edilib. Xatırladaq ki, ilkin nəticələrə görə Ankradakı səsvermənin qalibi AKP -nin namizədi Məlih Gökçəkdir, CHP namizədi Mansur Yavaş ondan az səslə geridə qalır.


Ankara Seçki İdarəsi müxalifətin səslərin yenidən sayılması tələbini qəbul etməyib.Bələdiyyə seçkilərinin rəsmi nəticələri elan olunmayıb. Amma qeyri-rəsmi hesablamalara əsasən hakim Ədalət və İnkişaf Partiyası (AKP) səslərin 45, CHP isə 25 faizini qazanıb.


Beləliklə, baş nazir Rəcəb Tayyib Ərdoğanın partiyası Türkiyənin iki ən iri şəhərində - Ankara və İstanbulda nəzarəti əldə saxlayacaq.


Cənab Ərdoğanın idarəçiliyi üzərində referendum kimi qiymətləndirilən səsvermədə çox sayda qanun pozuntularının baş verdiyi iddia edilir.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm