Ukrayna özünü işğaldan necə müdafiə edəcək - Planlar
Bizi izləyin

Dünya

Ukrayna özünü işğaldan necə müdafiə edəcək - Planlar

Ukrayna necə müdafiə olunacaq - Planlar

Əgər Rusiya müdaxiləyə başlasa, biz öz ölkəmizi istənilən vasitələrlə müdafiə edəcəyik. Publika.Az xəbər verir ki, bu sözləri Ukraynanın baş naziri Arseni Yasenyuk BBC-nin Dünya Xidmətinin Hard Talk tele-proqramına müsahibəsində deyib.Proqramın aparıcısı bunun müharibə anlamına gəldiyi barədə qeydinə cavab olaraq baş nazir kəskin şəkildə təkrar edib: “Əgər Rusiya müharibə başlasa, biz öz ölkəmizi müdafiə edəcəyik”.

Daha öncə NATO-nun Avropada Birləşmiş qüvvələrinin baş qərargah rəisi Filip Bredlou bəyan edib ki, Moskva uyğun əmr verəcəyi halda Rusiya hərbi qüvvələrinə Ukraynaya hücum üçün 12 saatdan az vaxt lazım olacaq. Onun sözlərinə görə, Rusiya Ukraynaya müdaxilə etmək üçün bütün hərbi imkanlara malikdir.

Bu arada NATO Rusiya ilə istənilən hərbi və mülki əməkdaşlığı Krımın işğalı və özünə birləşdirməsinə görə dayandırdığını bəyan edib. NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə NATO və Ukrayna arasında əməkdaşlığın möhkəmləndiriləcəyi və NATO-nun Ukrayna ordusunda islahatlar aparmaq üçün hər cür dəstək verəcəyi bəyan olunub.“Siz NATO-nun Ukrayna ərazisində birgə hərbi təlimlər keçirməsini istəyirsinizmi?”, Yasenyukdan Hard Talk proqramının aparıcısı soruşub.

“Biz Ukraynanın müdafiə gücünü müasirləşdirmək üçün özümüzdən asılı olan hər şeyi etmək istəyirik. Biz NATO ilə əməkdaşlığa məhz buna görə hazırıq. Və biz artıq NATO-dan olan ortaqlarla bir neçə birgə təlimlər keçirmişik”, Ukrayna hakimiyyətinin rəhbəri deyib.

Amma bu hərbi təlimlər Putini Rusiya hərbi qüvvələrini Ukraynaya göndərməsinə itələyən son damla ola bilməzmi?Bu suala baş nazir Yasenyuk deyib ki, hərbi təlimlərin NATO-ya üzvlüklə əlaqəsi yoxdur, "Ukrayna bu təşkilata üzv olmağı hələlik planlaşdırmır".

“Hələlik planlaşdırmır, verilişin aparıcısı buna diqqət çəkib. Amma Putin Ukraynanın heç zaman NATO-ya daxil olmamasını dəqiq ifadə edib. Siz bu ultimatumu qəbul edirsiz?”

“Mənim qəbul etdiyim yeganə şey odur ki, bu məsələdə Rusiya tərəfdən istənilən müdaxilə qəbuledilməzdir”, Yasenyuk bəyan edib.

Ardınca müsahibə ərzində Ukrayna baş naziri sabiq prezident Viktor Yanukoviçi fevralda Kiyevdə keçirilən etirazlarda kütləvi ölümlərdə ittiham edib.“Bizim üçün tamamilə aydındır ki, Yanukoviç və onun tərəfdarları bu ölümlərə görə şəxsən məsuliyyət daşıyırlar”, Hard Talk proqramına müsahibəsində danışan Ukrayna baş naziri əlavə edib ki, sabiq prezidentin özünü məhkəmədə müdafiə etmək hüququ olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm