Sərnişin təyyarəsində HƏYƏCAN: “Allahu Əkbər, bom!”
Bizi izləyin

Dünya

Sərnişin təyyarəsində HƏYƏCAN: “Allahu Əkbər, bom!”

Dubay-Birminqem hava reysini həyata keçirən Birləşmiş Ərəb Əmirliyinin “Emirates Airlines” hava yolları şirkətinə məxsus “Boeing 777” model sərnişin təyyarəsində qorxulu anlar yaşanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, təyyarədə əyləşən 38 yaşlı Pakistan əsilli sərnişin Şehraz Sarvarın göyərtədə “Allahu Əkbər, bom!” kəlmələrini səsləndirməsi digər sərnişinlərdə vahimə yaradıb.

Sərnişinlər Şehraz Sarvarı terrorçu sanaraq, ondan təyyarəni partlatmamağa görə yalvarıblar. Yaşanan bu hadisədən az sonra təyyarə təcili eniş edib.

Daha sonra isə hava limanında Şehraz Sarvar polislər tərəfindən saxlanılıb. Onun barəsində araşdırma aparıldıqdan sonra məlum olub ki, Şehraz Sarvar bu yaxınlarda anasını itirdiyi üçün psixoloji gərginlik keçirirmiş.

Polis tərəfindən saxlanılan Şehraz Sarvar yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm